Bakı. 29 sentyabr. REPORT.AZ/ "ATƏT-in Minsk Qrupu yalnız vasitəçidir. Əlbəttə, əsas məsələ iki dövlət arasında danışıqların aparılmasıdır".
"Report" Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Rusiyanın Yerevandakı səfiri İvan Volınkin jurnalistlərlə açıqlamasında deyib .
Səfir hesab edir ki, Dağlıq Qarabağ münaqişəsini hərbi yolla həll etmək mümkün deyil: "Onu ancaq danışıqlar masası arxasında və dinc yolla həll etmək olar".
"Bu ilin sonunadək Azərbaycan və Ermənistan prezidentlərinin görüşü olacaqmı" sualına cavabında səfir deyib: "Fikrimcə, Nyu-Yorkda hər iki ölkənin xarici işlər nazirlərinin görüşündə bu məsələ müzakirə edilib. Təssüf ki müzakirələrin nəticəsindən xəbərsizəm".
Qeyd edək ki, Azərbyacanın xariric işlər naziri Elmar Məmmədyarov sentyabrın 25-də Nyu-Yorkda erməni həmkarı Edvard Nalbandyanla görüşüb.