Avropa Komissiyası: Oktyabrın 1-də Türkiyədə "Cənub Qaz Dəhlizi" və TANAP müzakirə olunacaq

15:37 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 15:32 ]

Bakı - APA-Economics. Cari ilin oktyabr ayının 1-də Türkiyədə Avropa üçün strateji önəm daşıyan "Cənub Qaz Dəhlizi" və Trans-Anadolu Təbii Qaz Boru Xətti (TANAP) layihələri ilə bağlı müzakirələr aparılacaq.

"APA-Economics"in xəbərinə görə, bu barədə "Anadolu" agentliyinə Avropa Komissiyasının vitse-prezidenti Maroş Şefçoviç deyib.

 

Vitse-prezident qeyd edib ki, qeyd olunan tarixdə Türkiyənin enerji və təbii sərvətlər naziri Ali Rıza Alaboyun ilə bir sıra məsələləri, o cümlədən neft-qaz kəmərlərinin təhlükəsizliyi məsələlərini müzakirə edəcək.

 

M. Şefçoviç bildirib ki, Avropa TANAP layihəsinin reallaşdırılmasında "aktiv rol almağa hazırdır".


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398722

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR