[ 29 Sentyabr 2015 16:40 ]
Bakı. Türbət Bağırova - APA. “Beynəlxalq aləmdə geosiyasi maraqlar uğrunda mübarizədə informasiya müharibəsi görünməmiş dərəcədə şiddətlənib”.
APA-nın xəbərinə görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov özünün “Twitter” səhifəsində yazıb.
“İnformasiya ilə manipulyasiya geosiyasi niyyətlərin alətinə çevrilib”, - deyə N. Məmmədov əlavə edib.