Cəlilabadda əlillərlə görüş

Cəlilabadda əlillərlə görüş
19:38 29 Sentyabr 2015
27 Ölkə
Ölkə mətbuatı
A- A+


Cəlilabad, 29 sentyabr, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez Ortopedik Mərkəzinin nümayəndələri sentyabrın 29-da Cəlilabad Diaqnostika Mərkəzində əlillərlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, müxtəlif yaş kateqoriyasından olan 70-ə yaxın əlilin iştirak etdiyi tədbirdə çıxış edən Mərkəzin direktor müavini Ədalət Quliyev əlillərin reabilitasiyası ilə bağlı dövlət siyasəti haqqında danışıb. Bildirilib ki, regionlarda bu cür tədbirlərin keçirilməsində məqsəd xəstələrə səyyar qaydada lazımi tibbi yardım göstərməkdir.
Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ziyafət Şahmarov rayonda əlillərlə bağlı həyata keçirilən çoxsaylı layihələr barədə məlumat verib.
Sonra əlillərə müxtəlif adda protez, ortez, korset, əlil arabaları və digər köməkçi vasitələr paylanılıb.
Əlillər onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Celilabadda_elillerle_gorus-888287

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR