Orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin nəzərinə!

Orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin nəzərinə!
20:28 29 Sentyabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, AZƏRTAC
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən ümumtəhsil müəssisələrinin ümumi (9 illik) və tam (11 illik) orta təhsil bazasında keçirilən buraxılış imtahanlarında və qəbul imtahanlarında iştirak etmək, həmçinin digər sənədləşmə işlərinin aparılması şagirdlərin şəxsiyyət vəsiqələrinin olmasını zəruri edir.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi buraxılış sinif şagirdlərinin rahat şəkildə, uzaq mərkəzlərə müraciət etmədən şəxsiyyət vəsiqəsi almalarını və vaxtı keçmiş şəxsiyyət vəsiqələrinin vaxtında dəyişdirilməsini təmin etmək üçün yerlərdə səyyar “ASAN xidmət”lər təşkil edəcək.
TQDK növbəti tədris ilində buraxılış sinfində təhsil alacaq şagirdlərə tövsiyə edir ki, şəxsiyyət vəsiqəsi əldə etmək üçün yaradılan bu imkandan faydalansınlar. Belə ki, onlar yaşadıqları məntəqədə yerləşən səyyar “ASAN xidmət”ə müraciət etməklə ən qısa zamanda rahat şəkildə şəxsiyyət vəsiqəsi ala bilərlər.
Ətraflı məlumatı TQDK-nın tqdk.gov.az saytından əldə etmək olar.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Orta_umumtehsil_muessiselerinin_buraxilis_siniflerinde_tehsil_alan_sagirdlerin_nezerine-888325

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR