Əməkdar artist Manana “5/5” verilişinin qonağı olub.

Axşam.az-ın məlumatına görə, müğənni bundan sonra özünü aktrisa kimi də sınayacağını bildirib:

“Xoşbəxtlik” adlı yeni mahnı oxumuşam. Mahnının sözləri İkram Əliyevin, musiqisi isə Givinindir. İngilis dilində sözlərini isə mən tərcümə etmişəm. Bu mahnı bir gürcü rejissorun lentə alacağı filmin "soundtrack"i olacaq. Burada xalq artisti Polad Bülbüloğlu, SSRİ xalq artisti Nani Brekvadze, Vaxtanq Kikabidze, ukraynalı ifaçı Vera Brejneva və mən rol almışıq. Maraqlı bir ekran işidir".