"Report"un məlumatına görə, bunu "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin II turunda keçirilmiş oyundan sonra "Krasnodar"ın baş məşqçisi Oleq Kanonov deyib.
"Qəbələ" hücuma keçdiyində müdafiədə boşluqlar olurdu. Amma bizim üçün asan oyun olmadı. İlk 20-30 dəqiqədə bir neçə qol vura bilərdik. Qələbəyə görə şadıq", - deyə baş məşqçi bildirib.
O, komandanın qarşıda çətin oyunlarının olduğunu söyləyib: "Həm çempionat, həm kubok, həm də Avropa Liqasında çətin oyunlarımız var".