P.Hacıyeva onu da bildirib ki, Mərkəzi Qan Bankında qan verən bütün donorlar könüllü donorlardır: "Ödənişli donorluq yoxdur. Qan verən donorların müəyyən hissəsi isə qan lazım olan xəstələrin qohumlarıdır. Qanın saxlanma müddəti 35 gündən 42 günə qədərdir. Bu müddətdə isə qan köhnəlir və toplanan bu qədər qanı 42 gün ərzində işlətmək bir qədər çətin olur".
"Qanların yoxlanılması ciddi prosesdir. Bu proses bizim üçün prioritetdir. Donordan götürülən qan nümunələri laboratoriyada müasir cihazlar vasitəsilə 4 infeksiya üzrə yoxlanılır: HİV½, HBsAg, HCV, Syphilis. İl ərzində yoxlanan qanların içində təxminən 7-8 % infeksiyalara görə yararsızlaşdırılır", - P.Hacıyeva qeyd edib.