Gürcüstanın baş naziri Qriqol Mqaloblişvili 4 naziri, o cümlədən xarici işlər və müdafiə nazirləri Eka Tkeşelaşvili və David Kezeraşvilini istefaya göndərib. Lent.az-ın “Novosti-Qruziya” agentliyinə istinadən verdiyi məlumata görə, təhsil və elm, eləcə də mədəniyyət, abidələrin qorunması və idman nazirləri də postlarını itiriblər.

Baş nazir keçmiş nazirlərə gördükləri işə görə təşəkkür edərək hökumətdə dəyişikliklər etmək məcburiyyətində qaldığını bildirib. Xarici işlər naziri postuna keçmiş mədəniyyət naziri Qriqol Vaşadze təyin edilib. Müdafiə naziri postu isə nazirin birinci müavini Batu Kuteliyaya tapşırılıb.