Axşam.az-ın məlumatına görə, ifaçı idman vasitəsilə artıq çəkidən xilas olduğunu bildirib:
“2 ildir ki, çəkim 54-dən aşağı düşmürdü. Nə də yuxarı qalxırdı. Səhər idmanından sonra yenidən özümü çəkdim. Nəhayət 52 kiloqram olmuşam. Bu da düzgün qidalanma, plates, yoqa və “spinning” dərsləri vasitəsiylə oldu. Əsas qidalanmadır. 60 faiz doğru qidalardan istifadə etmək, 40 faiz isə idmanla məşğul olmaq lazımdır”.