Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?

Azərbaycan sinoptikləri hansı hava şəraitini vəd edir?
15:38 28 Dekabr 2014
85 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

Həftənin ilk iş günü hava əsasən yağmursuz olacaq.

Dekabrın 29-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə zəif duman olacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyi əsəcək, gecə arabir 23-28 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 7-11° isti, Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunundan 767 mm civə sutununa yüksələcək. Nisbi rütubət gecə 70-80 , gündüz 55-65 faiz təşkil edəcək.

Azərbaycan rayonlarında hava əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək, arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcək.

Havanın temperaturu gecə 0-5° isti, gündüz 10-15° isti olacağı gözlənilir, dağlarda gecə 0-5° şaxta, gündüz 0-5° isti olacağı ehtimal olunur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR