Qvatemalada sürüşmə nəticəsində ölənlərin sayı 237 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə ölkənin Baş Prokurorluğu məlumat yayıb.

Müxtəlif qiymətləndirmələrə görə, bu günə qədər 300-ə yaxın insanın aqibəti naməlum olaraq qalmaqdadır.

Bir həftə öncə 125 evin çoxmetrlik torpaq və daş qatları altında qaldığı Kambray-2 qəsəbəsində dağıntıların təmizlənməsi davam etdirilir.

Milli.Az