"Əslində, BOKT-larda birləşməyə ehtiyacı da yoxdur. Burada Mərkəzi Bankın tələbi də yüksək deyil -300 minmanat nizamnamə kapitalı olan istənilən şəxs BOKT yarada bilər. Böyük öhdəlik yoxdu ki, onlar birləşsinlər", - deyə Assosiasiya rəhbəri qeyd edib.
S.Kələşovun sözlərinə görə, kredit ittifaqları ilə BOKT-ların fəaliyyəti tam fərqlidir:"Kredit ittifaqları formalaşa bilmir. Onların təşkilatlanmasında nöqsanlar olurdu. Orada idaəretmədə müəyyən çətinliklər var. Amma BOKT-ların rəhbərləri banklara bərabər mütəxəssislərdir. Çətinliklər var, amma onların bağlanmasını hələ görmürəm".