Bakı, 9 oktyabr, AZƏRTAC
İyirmi bir yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək İtaliya – İrlandiya oyunu FIFA referisi Əliyar Ağayevin rəhbərlik etdiyi hakimlər briqadası tərəfindən idarə olunacaq.
AFFA-dan AZƏRTAC-a bildiriblər ki, onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
İtaliya – İrlandiya oyunu oktyabrın 13-də Viçenza şəhərindəki Romeo Menti stadionunda keçiriləcək.