Cənubi Osetiya Rusiya ilə ittifaq və inteqrasiyanı nəzərdə tutan müqavilə layihəsini Moskvaya göndərib, Tsxinvalidəki hökumət bildirir.
Milli.Az BBC-yə istinadən bildirir ki, Gürcüstandan qopmuş respublikanın lideri Leonid Tibiliov deyib ki, sənəd vahid müdafiə və təhlükəsizlik məkanının yaradılmasını təklif edir.
Gürcüstan bəyanata münasibət bildirməyib.
2008-ci ildə Cənubi Osetiyadakı müharibədən sonra Rusiya ilə Gürcüstan arasında diplomatik əlaqələr kəsilib.
Layihə Cənubi Osetiya hərbiyyəsi ilə təhlükəsizlik qüvvələrinin qismən Rusiya strukturları tərkibinə daxil olmasını və sərhəddəki nəzarət buraxılış məntəqələrinin ləğvini nəzərdə tutur.
Yeni sənəddə Cənubi Osetiya sakinləri üçün Rusiya vətəndaşlığının alınmasının sadələşdirilməsi təklifi də öz əksini tapıb.
Moskva Tsxinvalinin müstəqilliyini 2008-ci ildə Cənubi Osetiyadakı müharibədən sonra rəsmən tanıyıb.
Rusiyadan başqa Cənubi Osetiyanı Venesuela, Nikaraqua, Nauru və Tuvalu dövlətləri tanıyıblar.
Milli.Az