Bakı, 14 oktyabr, AZƏRTAC
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin saytında (www.niim.az) "ictimai qınaq" bölməsi aktivləşib.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AZƏRTAC-a bildirilib ki, qayda pozuntularına qarşı mübarizədə vətəndaşların dəstəyi çox vacibdir. Bununla da vətəndaşlar şahidi olduğu avtobus, taksi və ya avtomobil sürücülərinin qayda pozuntularını, dayanacaqların qarşısında dayanan avtomobillərin fotolarını info@niim.az elektron ünvanına göndərməklə həmin fotoların niim.az saytının "ictimai qınaq" bölməsində yerləşdirilməsinə yardımçı ola bilərlər.