Bakı, 14 oktyabr, AZƏRTAC
Oktyabrın 14-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin iclası olub.
İclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə rəhbərlik etdiyi elm müəssisəsində aparılan elmi tədqiqatlardan danışıb.
Akademiklər Arif Paşayev, Bahadur Tağıyev, fizika üzrə elmlər doktoru Kərim Allahverdiyevin “LİDAR və ondan Azərbaycanda praktiki istifadə perspektivləri” mövzusunda məruzəsi dinlənilib.
Akademik Rasim Əliquliyev AMEA-nın elmi müəssisələrində 2015-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabat məruzəsi ilə çıxış edib.
Sonra elmi-təşkilati məsələlər müzakirə olunub.