Bakı, 14 oktyabr, AZƏRTAC
UEFA tərəfindən İngiltərə Futbol Assosiasıyasına və Litva Futbol Federasiyasına qarşı intizam işi qaldırılıb.
AZƏRTAC “BBC”nin saytına istinadla xəbər verir ki, buna ingilis azarkeşlərin arzuedilməz hərəkətləri səbəb olub. Belə ki, “Avro-2016” seçmə mərhələsində Litva ilə qarşılaşmada ingilis azarkeşlər qonaq komandanın tərəfdarlarını qarşıdurmaya təhrik ediblər. Nəticədə işə qarışan polis vəziyyəti nizama sala bilib.
Litva Futbol Federasiyasını isə bilet satışında yol verdiyi qayda pozuntusuna görə cəza gözləyir.
UEFA hər iki futbol qurumunun işinə oktyabrın 22-də baxacaq.