Bakı, 15 oktyabr, AZƏRTAC
Myanma hökuməti iki illik danışıqlardan sonra ölkədəki 15 silahlı qruplaşmanın 8-i ilə sülh sazişi bağlayıb.
AZƏRTAC BBC-yə istinadla xəbər verir ki, hökumətin cümə axşamı keçirilən toplantısında tərəflər arasında uzunmüddətli atəşkəs elan olunub.
Qeyd edək ki, 1948-ci ildə müstəqillik əldə edən ölkədə müxtəlif etnik qruplar silahlı birləşmələr yaradaraq muxtariyyət əldə etmək uğrunda mübarizə aparırlar.