Xəbər verdiyimiz kimi, estrada ulduzu Röya "Kesin bilgi" adlı yeni mahnısına Türkiyədə klip çəkdirib. Milli.Az-ın məlumatına görə, bir həftə öncə "Youtube"un ən məşhur musiqi kanallarından olan "Netd"də yayımlanan yeni işin baxış sayı 1 milyonu keçib. Röya qısa müddətdə Kenan Doğulu, Ferhad Göçer kimi məşhur ifaçıları geridə qoyub. Röyanın klipi digər türk ifaçılarından sonra internet istifadəçilərinin ixtiyarına buraxılsa da, türk həmkarları onu üstələyə bilməyiblər.
"Bu sevgi, bu hörmət, bu qayğıya görə çox sağ olun. Mən sizin üçün oxuyuram, ürəkdən və yorulmadan... Bundan sonra da belə olacaq. Hər kəsə sonsuz təşəkkürlər", - deyə Röya Milli.Az-a deyib.
Xatırladaq ki, "Kesin bilgi"nin söz və musiqisi Gülşənə, aranjmanı isə Ozan Çolakoğluya məxsusdur. Mahnıda Gülşənin də qısa ifası var. Klipin rejissoru Murad Küçükdür.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.




