Bu barədə "Report"a Azərbaycanın Koreya Respublikasındakı səfirliyindən məlumat verilib.
Səfirlik muzeyə tar, kamança, qaval, nağara, saz və balaban hədiyyə edib.
Qeyd edək ki, 2013-cü ildə təsis edilən və ildə on min nəfərə yaxın ziyarətçisi olan Dünya Musiqi Alətləri Muzeyində dünyanın 46 ölkəsindən 150-dən artıq musiqi aləti nümayiş etdirilir.


