Naftalan, 17 oktyabr, AZƏRTAC
Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Jater Pena bölgələrlə tanışlıq məqsədilə növbəti səfərini Naftalana edib.
AZƏRTAC xəbər verir ki, ilk tanışlıq şəhərdə fəaliyyət göstərən istirahət-sağlamlıq mərkəzləri və burada aparılan müalicə üsulları ilə olub.
Respublikamızın digər bölgələri kimi, Naftalanın da uğurlu inkişafından məmnun qaldığını bildirən kolumbiyalı diplomat dünyada analoqu olmayan Naftalan neftinin əhəmiyyətini yüksək dəyərləndirib və təmsil etdiyi ölkə ilə əməkdaşlıq əlaqələrinin yaradılmasının vacibliyini diqqətə çatdırıb.