[ 02 Fevral 2015 11:04 ]


Bakı. Fuad Cəfərov - APA. Bakıda qətl hadisəsi baş verib.

Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, əvvəllər beş dəfə məhkum olunmuş 1966-cı il təvəllüdlü Elşad Əlikram oğlu Mustafayev aralarında yaranan münaqişə zəminində həmyerlisi, 1986-cı il təvəllüdlü Namiq Arif oğlu Əliyevi bıçaqlayaraq qətlə yetirib.

Hadisəni törədən E. Mustafayev tutulub.