ANSPRESS-in məlumatına görə, 34 yaşlı pornoulduz Kembric hersoginyası və İngiltərə şahzadəsi Keyt Midlltonla dostlaşmaq, qızı Nortu balaca şahzadə Corcla tanış etmək arzusu ilə yaşayır. Lakin Keyt belə bir dostluğun qəti əlehinədir.
Kral ailəsinə yaxın olan mənbənin dediyinə görə, Kardaşyan Keytin etdiyi hərəkətləri təkrarlamağa, onun dostlarının dairəsinə daxil olmağa çalışır. Kardaşyana onların fərqli ölkələrdə yaşamaları da heç bir maneə törətmir , o, şahzadə ailəsi ilə görüş üçün istənilən məsafəni qət etməyə hazırdır.

İngiltərə şahzadəsi Keyt Midllton oğlu və həyat yoldaşı Ueslin şahzadəsi Uilyams
İndiyə qədər Kardaşyan Keytlə görüşmək üçün bir sıra addımlar atıb. Belə ki, şahzadə Corc doğulandan Kim Keytin köməkçilərinə sözün əsl mənasında görüş xahişi ilə hücum edir. O, istəyir ki, paparazzilər balacaları birlikdə oynayarkən çəksinlər. Amma Kensinqton sarayından eyni cavab gəlir: “Bu qətiyyən mümkün deyil!”
Bu cəhdlər Kim Kardaşyan üçün ilk deyil. Belə ki, 2012-ci ildə pornoulduz Londonda öz geyimlərini reklam edərkən Keytə əşyalarından bir neçəsini hədiyyə göndərmişdi. Lakin bu hədiyyələrin hamısı geri qaytarılıb və Kardaşyandan şahzadədən uzaq durmaq tələb olunub. Amma buna baxmayaraq Kardaşyan istəyindən əl çəkmir.

Kim Kardaşyan qızı və yoldaşı Kanye Uest
Kim Kardaşyan erməni əsilli ata ilə, şotland-holland əsilli ananın övladıdır. Porno filmlərdə çəkilib.
Ketrin Elizabet, Kembric hersoginyası Şahzadə Uilyamın həyat yoldaşıdır. Şahzadə Uilyam Böyük Britaniya taxt-tacına namizədlər arasında atası şahzadə Çarlzdan sonra ikinci sayılır.