İndoneziya təyyarəsinin axtarışları davam etdirilir

İndoneziya təyyarəsinin axtarışları davam etdirilir
10:32 29 Dekabr 2014
80 Dünya
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 10:28 ]

Bakı - APA. “AirAsia Indonesia” aviaşirkətinə məxsus təyyarənin axtarışı ilə məşğul olan indoneziyalı xilasedicilər Banka-Belitunq arxipelaqı sakinlərinin Yava dənizi rayonunda partlayış eşitdikləri barədə informasiyanı yoxlayır.

APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, bu barədə İndoneziyanın Milli Axtarış-Xilasetmə İdarəsi açıqlama yayıb.

 

İdarənin mətbuat katibi Ceffri Andriani bildirib ki, partlayış səsi gələn Nanqka adası ətrafına 11 kater göndərilib.

 

Qeyd edək ki, İndoneziyanın Surabai şəhərindən Sinqapura uçan “AirAsia Indonesia” aviaşirkətinə məxsus təyyarə dekabrın 28-də radarlardan itib. Təyyarədə 17-si uşaq olmaqla, 155 sərnişin və 7 ekipaj üzvü olub. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR