Bakı, 20 oktyabr, AZƏRTAC
Bakının ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında bu ilin noyabrında “Hüquqlarımızı tanıyaq və qoruyaq!” mövzusunda inşa yazı müsabiqəsi keçiriləcək.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yazı müsabiqəsi məktəblilər arasında hüquqi biliklərin artırılması, onların öz hüquqlarını tanıması, həmçinin istedadlı şagirdlərin aşkara çıxarılması məqsədi ilə keçiriləcək.