“Neftçi”nin yarımmüdafiəçisi: AZAL komandası ilə səfər oyunları asan keçmir

“Neftçi”nin yarımmüdafiəçisi: AZAL komandası ilə səfər oyunları asan keçmir
15:48 21 Oktyabr 2015
26 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 oktyabr, AZƏRTAC
AZAL komandası ilə səfər oyunları asan keçmir. Əlimizdən gələni edəcəyik ki, bu görüş oyunumuzda dönüş olsun.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Neftçi” futbol klubunun yarımmüdafiəçisi Elşən Abdullayev Topaz Premyer Liqasının doqquzuncu turu çərçivəsində AZAL ilə keçiriləcək görüş barədə fikirlərini söyləyərkən deyib.
AZAL ilə sonuncu oyunda qol vurduğunu xatırladan yarımmüdafiəçi deyib: “Təbii ki, yenə fərqlənmək istəyirəm. Amma kimin qol vuracağının fərqi yoxdur. Əsas odur qələbə qazanaq”.
Qeyd edək ki, AZAL - “Neftçi” qarşılaşması oktyabrın 23-də “AZAL Arena”da keçiriləcək.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchinin_yarimmudafiechisi_AZAL_komandasi_ile_sefer_oyunlari_asan_kechmir-894639

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR