Tehran, 21 oktyabr, AZƏRTAC
Oktyabrın 21-də İran İslam Respublikasının Ali Rəhbəri ayətullah Əli Xamneyi ölkə Prezidenti Həsən Ruhaniyə məktub ünvanlayıb.
Ali Rəhbərin dəftərxanasının açıqlamasında deyilir ki, Əli Xamneyi məktubda İranın Qərb dövlətləri ilə əldə etdiyi nüvə proqramına dair razılaşmanı bəyəndiyini bildirib və öhdəliklərin yerinə yetirilməsi prosesinin başlaması haqqında göstəriş verib.
Lakin yerli məktub yazır ki, ABŞ və danışıqlarda iştirak edən digər dövlətlər insan hüquqlarını qorumaq bəhanəsi ilə İrana qarşı hər hansı bir sanksiya tətbiq etməyə çalışsalar razılaşmaya əsasən öhdəliklərin yerinə yetirilməsi dayandırılacaq və İran nüvə proqramını həyata keçirməyə davam edəcək.
Rabil Kətanov
AZƏRTAC-ın xüsusi müxbiri
Tehran