"Report" "Slavicsac.com" nəşrinə istinadən xəbər verir ki, sözügedən şəxslərin ümumi vergi borcu 26 milyon dollardan çoxdur.
Sənəddə qeyd olunur ki, adlar onlar məlumatlandırıldıqdan bir ay sonra açıqlanıb. Siyahıda bir neçə erməni soyadı da var. Məsələn, Los-Ancelesdən olan Sarkis və Marina Karadjyan dövlətə 4,3 mln. dollar, Artaş Papazyan 760 min dollar civarında pul borcludurlar.