ABŞ-ın Oklahoma ştatında kuryoz hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, sükan arxasına sərxoş oturan qadın bir müddət sonra özündən gedib.

Bu zaman maşında olan qadının üç yaşlı oğlu maşını təhlükəsiz yerə çəkib. Bu barədə yerli polis şerifi xəbər verib. Daha sonra 33 yaşlı Taloa Foster uşağı təhlükəyə atmaq ittihamı ilə həbs edilib.

Şahidlərin sözlərinə görə, baş vermiş hadisə zamanı ananın sükana nəzarəti itirməsinin ardından körpə uşaq sükana nəzarəti əlinə alıb və maşını təhlükəsiz yerə çəkib.

Sərxoş ana və 3 yaşlı uşağın gözlənilməz hərəkəti (VİDEO, FOTO)
Taloa Foster oğlu ilə

Hadisə zamanı oğlanın ekiz qardaşı da maşında olub. ABŞ polisinin məlumatına görə, oğlanlar xəsarət almayıb. Taloa Foster isə öz növbəsində polisə deyib ki, oğlu təhlükəsizlik kəmərini açıb və o da uşağı qorumağa çalışıb. Hazırda faktla bağlı araşdırma aparılır. Sükan arxasına sərxoş oturan qadını uzun müddətli həbsxana həyatı gözləyir.

Sərxoş ana və 3 yaşlı uşağın gözlənilməz hərəkəti (VİDEO, FOTO)
ABŞ-ın Oklahoma ştatı xəritədə