Rusiya Ermənistandakı bazasında pilotsuz təyyarələrin kəşfiyyat uçuşlarını bərpa edib

Rusiya Ermənistandakı bazasında pilotsuz təyyarələrin kəşfiyyat uçuşlarını bərpa edib
11:38 29 Dekabr 2014
90 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend/

Rusiyanın Ermənistandakı hərbi bazasında pilotsuz uçuş aparatlarının (PUA) ekstremal şəraitlərdə uçuşlarına başlanıb. Trend xəbər verir ki, bu barədə RİA Novosti Cənub Hərbi Dairəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumatda deyilir: "Ermənistanda Cənub Hərbi Dairəsinin Rusiya hərbi bazasında hazırlıq dövründə reqlament işlərinin keçirilməsindən sonra müasir “Navodçik-2” kompleksindən “Leer”, “Qranat” və “Zastava” pilotsuz uçuş aparatlarının uçuşları yenilənib. Qış dövründə PUA-nın istismarı tədrisi ekstremal iqlim şəraitində 1600-dən 2200 metrə qədər hündürlüklərdə, mənfi 5 dərəcədən mənfi 30 dərəcəyədək temperatur rejimlərində həyata keçiriləcək”.

Pilotsuz təyyarələr gecə və gündüz 3500 metrdən çox hündürlüklərdə kəşfiyyat uçuşları həyata keçirir və eyni vaxtda bir neçə hədəfi izləyə bilir. Bu zaman yerdən tam görünməzlik onların uçuşlarının tipik xüsusiyyətidir. Qış tədrisi müddətində PUA bölməsi taktiki təlimlərdə kəşfiyyat, artilleriya və mühəndislik bölmələri ilə birgə xüsusi məsələləri yerinə yetirəcək.

Pilotsuz aparatların buraxılışı “Kamxud” və “Alagöz” yüksək dağlıq təlim-məşq komplekslərində həyata keçirilir. Ötən təhsil müddətində müasir "Navodçik-2" kompleksinin hər təyyarəsi yüksək dağlar və isti iqlim şəraitində 250 saatdan çox uçuş yerinə yetirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR