Bakı, 25 oktyabr, AZƏRTAC
Bu gün futbol üzrə Topaz Premyer Liqasının doqquzuncu turuna yekun vurulacaq. Turun sonuncu qarşılaşmalarında liderlər meydançaya çıxacaqlar.
AZƏRTAC xəbər verir ki, tur çərçivəsində “Qarabağ” komandası səfərdə “Sumqayıt”la qarşılaşacaq. “Qəbələ” isə öz meydançasında “Zirə”ni qəbul edəcək.
Xatırladaq ki, Premyer Liqanın doqquzuncu turunda AZAL komandası “Neftçi”ni 2:1, “Kəpəz” klubu “Xəzər-Lənkəran”ı 1:0, “İnter” isə “Rəvan”ı 2:0 hesabı ilə məğlub edib.
Hazırda Ağdamın “Qarabağ” klubu 20 xalla çempionatın vahid lideridir. “Qəbələ” 19 xalla ikinci, “İnter” komandası isə 17 xalla üçüncü pillədə qərarlaşıb.