Müğənni Xuraman Şuşalı üçüncü dəfə ana olub.

ANS PRESS-in məlumatına görə, müğənni yeni doğulan oğlunun şəklini və videosunu sosial şəbəkədə paylaşıb. Müğənni şəklin altına bunları yazıb:

"Keçən il sən yox idin. Anam var idi. Anam getdi, sen gəldin... Anamın qoxusunu səndən alıram Hüseyn Abbasım".

Müğənni paylaşdığı videoda isə öz arzularını dilə gətirib: "Ay Allah bundan 5 dənə ver, göydə uçan quşlara ver. Qarıyıb, qalmışlara ver. Həsrətin çəkmişlərə ver..."

Hüseyn Abbas adlı yeni körpənin 1 qardaşı və bir bacısı da var.

Xuraman Şuşalı yeni doğulan körpəsini üzə çıxardı (VİDEO, FOTO)