“Qarabağ”ın şərəfini qoruyan qapıçı İbrahim Şehiç Bosniya və Hersoqovina millisinə çağırılıb.

2016-cı il Fransada keçiriləcək Avropa Çempionatının final mərhələsinə haqq qazanmaq istəyən Bosniya millisi pley-off mərhələsində İrlandiya Respublikası ilə qarşılaşacaq.

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunu 13 noyabr tarixində Bosniyada, cavab qarşılaşması isə 3 gün sonra İrlandiyada keçiriləcək.