"Report" xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin baxış iclası noyabrın 5-nə təyin edilib.
Qeyd edək ki, hadisə bu il Bakı-Quba maqistral yolunun Siyəzən rayonu ərazisində baş verib. Siyəzən rayon sakini Vüqar Hüseynovun idarə etdiyi "VAZ-2106" markalı avtomobil traktorla toqquşub. Hadisə nəticəsində avtomobildə olan 2 nəfər dünyasını dəyişib.
V.Hüseynov Cinayət Məcəlləsinin (CM) 263.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunur.