Bakı, 27 oktyabr, Elvin Camalov, AZƏRTAC
Yunanıstanın Maliyyə Nazirliyi açıqlama yayaraq bildirib ki, maliyyə nazirinin müavini Trifon Aleksiadisə içində güllə olan təhdid məktubu göndərilib.
AZƏRTAC “dunya.com” saytına istinadla xəbər verir ki, məktubda Trifon Aleksiadis İkinci Dünya müharibəsi zamanı Yunanıstanın daxilindəki satqınlarla müqayisə olunur.
Yunanıstanda bir çox adam ölkədəki böhrana və bağlanan müqavilələr əsasında tətbiq edilən qənaətetmə siyasətinə görə Almaniyanı günahlandırır.