Türkiyədə yaşayan müğənni Azəri Günel Zeynalovanın ailəsində ağır itki baş verib.

Axşam.az-ın məlumatına görə, sənətçinin nənəsi Zərifə xanım bu gün dünyasını dəyişib.

Bu haqda sosial şəbəkədə yazan Günel Bakıya gəldiyini bildirib:

“Sən mənim sirdaşım, mənə hər şeyi danışan, başa salan idin. Sən “Nəvələrim arasında sənlə fəxr edirəm” deyirdin. Gecə saat 4-də ürəyim istədi deyə, mənə kartof qızartması belə bişirdin. Nurlar içində yat. Sən bizim birdənəmiz idin. Sənin üçün çox darıxacağıq”.

Qeyd edək ki, Zərifə Günelin atası Rəhman Zeynalovun anasıdır.

Allah rəhmət eləsin!

Günelin ailəsində ağır itki