Bakı, 30 oktyabr, AZƏRTAC
Bu ilin 9 ayı ərzində inşaat sektorunda çalışmış işçilərin orta siyahı sayı 93,1 min nəfər olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, onların orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,4 faiz artaraq 667,4 manat təşkil edib.
İxtisaslaşdırılmış tikinti işlərində işləyən işçilərin əmək haqları 28,3 faiz, mülki təyinatlı inşaat işləri ilə məşğul olanların isə 4,1 faiz artıb.