“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Beynəlxalq Telekommunikasiya İttifaqının Radiorabitə üzrə Ümumdünya Konfransına hazırlıq yığıncağının, Radiorabitə üzrə Məsləhət Qrupunun, həmçinin Radiorabitə Sektorunun Tədqiqat komissiyalarının rəhbər vəzifələrinə seçkilərin keçirilməsi assambleyanın işinin mühüm nəticəsi oldu.
Bu seçkilərdə uğur qazanan namizədlər arasında Azərbaycan təmsilçisi də yer alıb.
Peyk xidmətləri üzrə Tədqiqat Komissiyasının iki sədr müavinindən biri olaraq Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin əməkdaşı Sahibə Həsənova seçilib.
CAHANGİR