Bakı, 3 fevral, AzərTAc
İ.Əbilov adına mədəniyyət mərkəzində 2 fevral - Gənclər Gününə həsr edilən tədbir keçirilib.
AzərTAc xəbər verir ki, mədəniyyət mərkəzinin bədii rəhbəri M.Əsgərov ölkəmizdə gənclərə göstərilən dövlət qayğısından söhbət açıb. O, mədəniyyət mərkəzinin kollektivi adından bütün gəncləri təbrik edib.
Sonda mədəniyyət mərkəzinin “Şəlalə” xalq çalğı alətləri ansamblı, “Vurğun” poeziya teatrının üzvlərinin iştirakı ilə konsert proqramı təqdim olunub.