Uzun müddətdir küsülü olan xalq artistləri Nisə Qasımova və Faiq Ağayev barışıb.

Axşam.az-ın məlumatına görə, N.Qasımova “Mənim dünyam” adlı verilişinə F.Ağayevi dəvət edib.

F.Ağayev onların arasını vurmaq istəyənlərin olduğunu deyib:

“Aramızda sərin külək əsmişdi. Nisə xanımın sənəti boyda ürəyi var. Ola bilsin ki, onun da qəlbinə nəsə dəysin. Onu çox istəyirəm, o da qarşılığını göstərir. İnsanlığından, şəxsiyyətindən danışsaq çox düzgün insandır. Yəqin kimsə aramızı vurmağa çalışdı. Nisə xanım da gördü ki, bu mənasızdır”.

N.Qasımova müğənninin çox istədiyini bildirib:

“Mən uşaq deyiləm. Uzun müddətdir bu sənətdəyəm. Faiqlə küsülü olanda onun ailəsinə biganə deyildim. Allah buna şahiddir. İnsan bir ömür yaşayır. İknici dəfə o həyata qayıtmırıq. Səmimi addım atdıq. Bu örnək deyil. Sadəcə, düşündüm ki, hər zaman çox istədiyim dostumla niyə küsülü qalım”.