"Arsenal"ın futbolçusu Mesut Özil "Türkiyənin İrina Şeyki" adlandırılan Əminə Gülşe ilə nişanlanır.
"Qafqazinfo" xəbər verir ki, İspaniya mətbuatı Özilin yaxın dostu Ronaldunun da "Artıq Mesutun nişanlanmaq vaxtı çatıb, tezliklə üzük taxmalıdır" dediyi haqda məlumat yayıb.
Qeyd edək ki, Türkiyə gözəli iki günlük getdiyi səyahətdə ortaq dostları vasitəsiylə tanış olduğu məşhur futbolçu ilə Londonda bir araya gəlmişdi. Özilin qolunu gənc manekenin çiyninə ataraq oturması cütlüyün arasında sevgi münasibəti olduğu haqda xəbərlərin yayılmasına səbəb olmuşdu.
Milli.Az









