Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bu il iyunun 1-dən nikaha daxil olmaq istəyən 161 nəfərdə sifilis, 45 nəfərdə HİV 1/2, 4213 nəfərdə QİÇS xəstəlikləri aşkar olunub.

Səhiyyə Nazirliyindən Tremd-ə verilən məlumata görə, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinə prosesi və buna dair bütün tələblər 2015-ci il iyunun 1-dən icra olunmağa başlayıb.

Həmin vaxtdan noyabrın 1-nə kimi B.Ə.Eyvazov adına ET Hematologiya və Transfuziologiya İnstitutu tərəfindən 65 138 şəxs müayinə olunub. Müayinələrin nəticələrinə görə? 161 nəfərdə sifilis, 45 nəfərdə HİV 1/2, 4213 nəfərdə QİÇS xəstəlikləri aşkar olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az