“Report”un xəbərinə görə, hakim Valeh Ağayevin sədrliyi ilə keçirilən prosesdə qətnamə dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, bu il "AXA MBASK" sığorta şirkəti "General-Auto-Company" firmasını məhkəməyə verib. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən "AXA MBASK" subroqasiya qaydasında pulun ödənilməsi barədə tələb irəli sürüb. Məhkəmə iddianı təmin edib."General-Auto-Company" isə qərardan apellyasiya şikayəti verib.
Qeyd edək ki, "AXA MBASK" sığorta şirkəti 1992-ci ildən fəaliyyətə başlayıb və müstəqil Azərbaycanın ilk özəl sığorta şirkətlərindən biridir.
"General-Auto-Company" firması isə 1908-ci ildə ABŞ-da yaradılan "General Company" şirkətinin Azərbaycandakı distribütorudur.