Bakı, 5 noyabr, AZƏRTAC
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstana rəsmi səfəri çərçivəsində noyabrın 5-də bu ölkənin Baş naziri Kərim Məsimov ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib. Eyni zamanda, ölkələrimizin müdafiə nazirlikləri arasında əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı marağın olduğu bildirilib.