Axşam.az tanınmışların cavablarını təqdim edir:
Müğənni Emil Bədəlov – Zülfiyyə Xanbabayeva ilə Miri Yusifin “Dostum” duetini bəyənirəm. Özüm isə Brilliant Dadaşova ilə duet oxumaq istəyərəm.
Müğənni İlhamə Qasımova – Elşad Xose ilə Röyanın “Gəl danış” mahnısını bəyənirəm. Mənim duet oxumaq istədiklərim xaricilərdir. Burada isə Pərviz Mahmudovla duet planlaşdırırıq.
Müğənni Niyam Salami – Röya ilə “Ay ürəyim” mahnısını bəyənmişəm. Hara getmişəm dillər əzbəri olub. Elçin Cəfərovla Sevda Yahyayevanın “Eşq” duetini də toylarda tez-tez eşidirəm.
Müğənni Elariz Məmmədoğlu – Duet deyəndə ağlıma ilk Akif İslamzadə ilə Brilliant Dadaşovanın ifası gəlir. Amma onlar şou-biznes nümayəndəsi sayılmır. Özüm isə duet oxumaq istəmirəm.
Müğənni Xəyyam Nisanov – Miri Yusiflə Zülfiyyə Xanbabayevanın “Dostum” duetini xoşlayıram. Bir də Miri Yusiflə Nigar Camalın, Sevda Yahyayeva ilə Zamiq Hüseynovun yeni duetini bəyənirəm. Duetlə bağlı arzularım yavaş-yavaş həyata keçir.
Müğənni Sevil və Sevinc – Miri Yusiflə Zulfiyyə Xanbabayevanın “Dostum” duetini xoşlayıram. Özümüz isə yalnız Ramal İsrafilovla duet oxumaq istəyirik.
Müğənni Xatun Əliyeva – Miri Yusiflə Zülfiyyə Xanbabayevanın mahnısını hamı bəyənir. Eyyub Yaqubovla duet oxumaq üçün ürəyim gedir. O, heç kimlə birlikdə oxumayıb. İstərdim ki, ilk duet ortağı mən olum.
Müğənni Elçin Hüseynov – Röya ilə Tunarın duetinə çox qulaq asırdım. Özüm isə duet istəmirəm. Duet oxumaq istəyəndə elə bilirlər ki, reklam üçün kimdənsə istifadə edirsən.