"Report" xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bu gün Zaqatala rayonunun Mosul kəndinə təbii qazın verilməsi münasibəti ilə keçirilən tədbirdə bildirib.
R.Abdullayev qeyd edib ki, bunun üçün hazırda "ASAN Xidmət"lə danışıqlar aparılır: "Bu, əhalinin rahatlığının təmin olunması məqsədini daşıyır. Əhalinin müraciətləri, heç bir əlavə yerə müraciət etmədən, "ASAN Xidmət" mərkəzlərində tez bir zamanda həll olunacaq. Həmçinin, heç bir pul ödəmədən texniki şərtlər "ASAN Xidmət" vasitəsilə həyata keçiriləcək".
Mərasimdə şirkət prezidenti qeyd eidb ki, Azərbaycanda 100-dən çox əhalisi olan kəndlərin 90%-i qazlaşdırılıb: "Bu gün Mosul kəndinin qazlaşdırılması ilə isə Zaqatalının 24 kəndi, bu ilin əvvəlindən isə 8 yaşayış məntəqəsi "mavi yanacaq"la təmin olunub".