Rusiyanın paytaxtı Moskva şəhərində yerləşən "Bakı" kinoteatrının qarşısında qəza baş verib.

ANS PRESS-in məlumatına görə, "Ford Focus" markalı avtomobili kinoteatrının qarşısında olan gölə düşüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin mütəxəsisləri və təcili yardım gəlib. Müşahidə kameraları hadisənin baş vermə anlarını qeydə alıb. Kadrlardan avtomobilin hovuz necə düşdüyü görünür. Xoşbəxtlikdən qəza zamanı "Ford Focus"da sürücü və sərnişin olmayıb. Faktla bağlı araşdırma aparılır. İlkin məlumatlara görə, avtomobil sahibi avtomobilin əl əyləcini qoymağı unudub.

"Bakı" kinoteatrının yanında qorxulu anlar (VİDEO,FOTO)
Hadisə baş verən an

Moskvada yaşayan azərbaycanlıların toplaşdığı "Bakı" kinoteatrı 70-ci illərdə açılıb. Keçən il Moskva meriyası tərəfindən "Bakı" kinoteatrı ətrafındakı əlavə tikililər sökülməyə başlanılıb. Lakin Azərbaycan diasporunun etirazları nəticəsində buna son verilib.