“Report”un məlumatına görə, işə hakim Səriyyə Seyidovanın sədrliyi ilə baxılır.
Məhkəmənin növbəti iclası noyabrın 13-nə təyin edilib.
Qeyd edək ki, bu il Ticarət Mərkəzi ƏMDK-nı məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən ASC məhkəmə qətnaməsinin sərəncama qədər olan vəziyyətdə qaytarılması haqqında tapşırığın yerinə yetirilməsi, aktların və şəhadətnamələrin qüvvədə salınması barədə tələb irəli sürüb. Məhkəmə iddianı mümkün saymayıb. Qərardan narazı qalan "8-ci km Ticarət Mərkəzi" ASC apellyasiya şikayəti verib.