Bakı, 11 noyabr, AZƏRTAC
"Yapı Kredi Bank Azərbaycan" yeni "cash-in" ödəniş bankomatlarını quraşdırıb.
Bankdan AZƏRTAC-a bildiriblər ki, bu bankomatlar vasitəsilə müştərilər kassaya yaxınlaşmadan kredit borclarını və Worldcard borclarınızı ödəyə, hesablarına pul köçürmə əməliyyatlarını nağd pulla həyata keçirə bilərlər. Bu terminallardan yalnız bank müştəriləri istifadə edə biləcəklər. "Cash-in" bankomatları bankın "Əhmədli", "Nərimanov MetroPark", "28 May", "Səbail" filiallarında quraşdırılıb.